Xəbər lenti

25 yaşlı hərbçimizin şəhid xəbəri gəldi (FOTO)
Ölkə10:57 19.02.2021

25 yaşlı hərbçimizin şəhid xəbəri gəldi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
44 günlük Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət müddətdən artıq həqiqi hərbi qulluqçu olan 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviçdən gedir. 5 aydan çoxdur ki, itkin sayılan R. Qulamovun adı Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda da var idi.
Bildirilir ki, şəhidin nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.
Evin tək övladı olan R. Xaydaroviçin atası bir müddət əvvəl rəhmətə gedib.
Sumqayıt rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, şəhidin bu gün axşam saatlarında dəfn ediləcəyi gözlənilir.