
Ötən gün günorta saatlarında Astarada 25 yaşlı qadın özünü asıb.
Astara rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Vaqadi kəndində yaşayan 1988-ci il təvəllüdlü Elnarə Surulla qızı Mahmudova yaşadığı evin yaxınlığındakı meşədə ağacdan özünü asıb. Onun intihar etməsinin səbəbləri dəqiq məlum olmasa da, qadının əsəblərinin pozulduğu bildirlib.