Xəbər lenti

26 yaşlı oğlanın meyiti körpüdən asılı vəziyyətdə tapıldı - AZƏRBAYCANDA
Ölkə09:45 13.01.2014

26 yaşlı oğlanın meyiti körpüdən asılı vəziyyətdə tapıldı - AZƏRBAYCANDA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Samux rayonunda 26 yaşlı oğlanın körpüdən asılı vəziyyətdə meyiti tapılıb


Samux Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.

1987-ci il təvəllüdlü Vüsal Nərimanovun meyiti rayonun Sərkar kəndində su kanalının üzərində olan körpüdən asılmış vəziyyətdə tapılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, bilinməsə də, V. Nərimanovun intihar etdiyi ehtimal edilir.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır. /milli.az/


Qaynar.info