
Fevralın 27-si Bakıda “Tələbə etirazı” günü elan edilib.
Qaynar.info xəbər verir ki, artıq iki gündür bununla bağlı “Facebook” sosial şəbəkəsində qruplar yaradılıb. Aksiyanı təşkil edənlər tələbələri tədris ilinin bir günündə dərsə getməməyə çağırıblar: “Bizə küçədə etiraz etməyə icazə vermirlərsə, biz də evdən çıxmadan etiraz edəcəyik. Tələbələri ilin bir günü də olsa, birləşməyə və haqqımızı tələb etməyə səsləyirik. Gənc və təhsilli nəsil! Hər şey bizlərdən başlamalı, proseslərə biganə qalmayaq. Bizə təhsil lazımdı!
İstər özəl, istərsə də dövlət universitetlərində oxuyan razı və narazı hər bir tələbəyə duyururuq səsimizi. Təyin etdiyimiz tarixdə heç bir tələbə dərsə girməsin. Bu qədər bəsit, bu qədər qəliz. Bununla da biz Azərbaycan təhsilinə etiraz eştmiş olacağıq”.
Qaynar.info