Xəbər lenti

27 il sonra işğaldan azad olunan evlərinə getdi, iki əşya tapdı (FOTO)
Ölkə11:20 07.12.2020

27 il sonra işğaldan azad olunan evlərinə getdi, iki əşya tapdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı işğaldan azad olunan Cəbrayıl rayonunun Balyand kəndindəki evlərindən indiyə qədər qalan əşyalar tapıb.
Qaynarinfo xəbər verir ki, A.Cəbrayıllı doğulduğu kənddən sac və səhəng tapdığını bildirib.
"İki müqəddəs nemətin - çörəyin (yuxanın) bişirildiyi sac və suyun daşınıb saxlanıldığı səhəng. 27 il əvvəl kənddə qoyub gəldiyimiz əşyalardan indiyə qalan yalnız bunlardır. Babalarımız çörəyə və suya elə belə and içmirlərmiş. Hər ikisini gətirib anama verdim", - o deyib.