Bakının Suraxanı rayonunda 27 yaşlı gənci avtomobil vurub.
Bakı şəhər Baş Polis İdarəsindən Qaynar.info-ya daxil olan məlumata görə, hadisə Əmircan qəsəbəsində baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü Vüqar Ramazanov idarə etdiyi “Nissan” markalı avtomobillə Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Tərlan Paşazadəni vurub. Ağır yaralanan piyada hadisə yerində ölüb.