Ölkə 18:43 25.05.2023

“28 Mall”da tanış olduğu qızdan oğurluq etdi

Bakıda oğlan "28 Mall” Ticarət Mərkəzində tanış olduğu qızdan oğurluq edən şəxs saxlanılıb. 

Qayanrinfo-nun məlumatına görə, hadisəni törədən 1992-ci il təvəllüdlü Elvin Hüseynov (soyad-şərti) məhkəmə qarşısına çıxırılıb. O, oğurluğu imkansızlıq səbəbindən törətdiyini etiraf edib. 

Elvin "28 Mall” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən "McDonald's” restoranına gedib. Orada Leyli adlı qadınla tanış olub və masasına əyləşib. Bu zaman masanın üzərindəki sellofan torbada pul kisəsinin olduğunu görüb. 

Saat 23.00 radələrində onlar restorandan çıxıb. Bu zaman Elvin Leyliyə onu yaşadığı evə kimi ötürmək və sellofan torbaları daşımaqda kömək etməyi təklif edib. Tibb işçisi olan qadın əvvəlcə bunu istəməsə də, sonradan etiraz etməyib. Onlar Leylinin yaşadığı ünvana çatdıqda yaxınlıqda yerləşən parkda oturublar. Leylin içərisində pul kisəsi olan sellofan torbanı ona verib. 

Elvin pul kisəsini götürmək üçün Leylinin fikrini yayındırmaq məqsədi ilə telefon nömrəsini ona deyib. Qadın onun verdiyi uydurma nömrəni telefonunda qeyd edən zaman isə Elvin pul kisəsini götürüb. Daha sonra o, Leylinin nömrəsini yazmaq üçün qələm götürməyə getməyini bəhanə edərək, parkı tərk edib.

Elvinin oğurladığı pul kisəsində 300 manat və 200 dollar olub. O, pulları xərcləyib, pul kisəsini tanımadığı yerdə zibil qutusuna atıb. 

Leyli isə ifadəsində bildirib ki, Elvin anasının xəstə olduğunu və müalicəsi üçün maddi imkanının olmadığını qeyd edib. O, qadının tibbi müəssisəsində işlədiyini bilərək, anasının müalicəsi üçün ondan mobil nömrəsini istəyob. Hadisə isə bundan sonra baş verib. 

Məhkəmənin qərarı ilə Elvin Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Əhməd