Xəbər lenti

“28 Mall”da qanlı olayın təfərrüatları - VİDEO
Ölkə06:02 17.07.2014

“28 Mall”da qanlı olayın təfərrüatları - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsmayıl polis bölməsinə aparılıb

25 yaşlı Biləsuvar sakini İsmayıl Abbasovun iş yoldaşı ilə etdiyi zarafat ona baha başa gəlib.

Qaynar.info ANS TV-yə istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərindən birində mühafizəçi kimi çalışan İsmayıl iş yoldaşı 31 yaşlı paytaxt sakini Konstantin Dutkinə bıçaqla xəsarət yetirib.

İş yoldaşının ciddi xəsarət aldığını görən İsmayıl ona yardım da etmək istəyib.

İsmayıl Abbasov deyir ki, bıçaq bir az qarnına girmişdi:

“İş yoldaşlarımızla onu tez tibb otağına apardıq. Orada yardım göstərmək istədik. Yarasına bint sarıdıq, qan kəsmədi. Təcili yardıma zəng vurduq, gəldilər, götürüb xəstəxanaya apardılar.

Yaralı Konstantin xəstəxanaya, zarafatının güdazına gedən İsmayıl isə ərazi üzrə 22-ci polis bölməsinə aparılıb.

Faktla bağlı cinayət işi başlanıb. Barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilən İsmayıl Abbasov zarafatlaşmanın cəzasını ən azı 3 il çəkməli olacaq.

Qaynar.info