Xəbər lenti

“28 Mall”dan oğurluq edən keçmiş məhkum saxlanıldı
Ölkə07:00 29.04.2020

“28 Mall”dan oğurluq edən keçmiş məhkum saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda bir müddət əvvəl ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki "28 Mall” ticarət mərkəzində baş verib.
Martın 9-da naməlum şəxs mərkəzdəki mağazaların birində paltar dəyişmə otağından müştəriyə məxsus, içərisində 516 manat olan pul kisəsini oğurlayıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənə Qubadlı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunmuş, 1981-ci il təvəllüdlü T.Talıbzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.