Xəbər lenti

DİN Bakıda keçirilən aksiya ilə bağlı məlumat yaydı
Ölkə12:20 11.12.2021

DİN Bakıda keçirilən aksiya ilə bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün – dekabrın 11-də saat 15 radələrində 8-10 nəfərdən ibarət bir qrup şəxs metronun "28 May” stansiyasının yaxınlığında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış toplantı keçirməyə cəhd göstərib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov "Report"un sorğusuna cavab olaraq bildirib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıb.
Qeyd olunub ki, hadisə ilə əlaqədar saxlanılan olmayıb.