Xəbər lenti

«28 May»ın əsas çıxışı bağlanacaq
Ölkə10:56 10.06.2013

«28 May»ın əsas çıxışı bağlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Metropoliteninin 2011-15-ci illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində yenidən qurulan «28 May» stansiyasında aparılan tikinti işləri ilə əlaqədar iyul ayının 1-dən stansiyanın əsas çıxışı (Cəfər Cabbarlı meydanına) müvəqqəti olaraq bağlanacaq.

Bakı Metropolitenindən verilən məlumata görə, tikinti müddəti ərzində sərnişinlər metro stansiyasının Salatın Əsgərova küçəsi istiqamətində yerləşən ikinci giriş-çıxışından, həmçinin «Cəfər Cabbarlı» stansiyasının giriş-çıxışından istifadə edə biləcəklər.

«Bakı Metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir», - deyə nəqliyyat müəssisəsinin rəsmi xəbərində bildirilir.

Qaynar.info