Xəbər lenti

28 yaşlı Rusiya vətəndaşı Azərbaycanda batdı
Ölkə12:30 14.08.2016

28 yaşlı Rusiya vətəndaşı Azərbaycanda batdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə Xaçmaz rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

Qaynarinfo.Az-ın FHN-nin saytına istinadən məlumatına görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq Rusiya Federasiyası vətəndaşı, 1988-ci il təvəllüdlü, Nağıyev Arzu Gündüz oğlunun cəsədini sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 11:45-də başa çatıb.

Qaynarinfo.Az