
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 29 namizəd barədə müsbət qərar verib.
Təhsil Nazirliyindən verilən xəbərə görə, həmin tələbələr təhsilini Böyük Britaniya (19 nəfər), ABŞ (4 nəfər), Kanada (1 nəfər), İsveçrə (1 nəfər), Almaniya (1 nəfər), İspaniya (1 nəfər), Litva (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (9 nəfər), magistratura (19 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində iqtisadiyyat, mühasibat uçotu, maliyyə, kompüter elmləri, sənaye mühəndisliyi, turizm, biznesin idarəedilməsi, dövlət idarəçiliyi və siyasət kimi ixtisaslar üzrə davam etdirəcəklər.
Təhsil Nazirliyi adları qeyd olunan tələbələri təbrik edir, onların dövlətimiz tərəfindən göstərilən yüksək etimadı doğruldacaqlarına, təhsillərini uğurla başa vuraraq ölkəmizin davamlı inkişafı prosesinə layiqli töhfələr verəcəklərinə ümid edir.