Xəbər lenti

3 hakim işdən çıxarıldı
Ölkə08:34 20.06.2014

3 hakim işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ali Məhkəmənin hakiminin səlahiyyət müddəti isə uzadılıb

ANS PRESS-in məlumatına görə, bu gün Milli Məclisin növbədənkənar iclasında İnqilab Maşallah oğlu Nəsirov yenidən hakim təyin edilib. 

Parlamentin növbədənkənar iclasında bildirilib ki, İ.Nəsirov uzun illərdir ki, hüquq-mühafizə orqanlarında, o cümlədən Mərkəzi Seçki Komissiyasında çalışıb. O, hazırda Ali Məhkəmənin hakimidir və səlahiyyət müddəti iyunun 25-də başa çatır. Prezident İlham Əliyev onun yenidən hakim təyin edilməsi barədə MM-ə təqdimat göndərib. 

Zərbəli Şirinbala oğlu Zərbəliyev isə Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib. 

Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclis eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin hakimi Natiq Mehdi oğlu Abbasovu, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimovu və Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah fərman oğlu Quliyevi öz ərizələri ilə vəzifədən azad ediliblər. 

Qeyd edək ki, bu hakimlər iş yerlərini dəyişdirilməsi ilə əlaqədar vəzifələrindən azad olunmaları üçün ərizə yazıblar.

Qaynar.info