Xəbər lenti

3 kənd sudan təmizləndi - Sakinlər evlərinə qayıtdı
Ölkə07:09 28.10.2016

3 kənd sudan təmizləndi - Sakinlər evlərinə qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabadda "Ağdaş" su anbarının daşması nəticəsində Masallı rayonunda su basmış 3 kəndin evləri və həyətyanı sahələr sudan təmizlənib. 

Bu barədə  Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı məlumat verib.

Qurum rəsmisi bildirib ki, dünən Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikaları vasitəsilə ev və həyətyanı ərazilərdən suyun çəkilməsi prosesi başa çatdırılıb və köçürülən ailələr yenidən evlərinə qaytarılıb: "Su anbarının daşması nəticəsində rayonun 3 kəndi - Təklə, Xırmandalı və Çaxırlı kəndlərində bəzi evləri və həyətyanı sahələri su basmışdı. 150-yə yaxın ev və həyətyanı sahələrdə suyun hündürlüyü 50 santimetrə çatmışdı. 50-yə yaxın ailə köçürülmüşdü. Artıq sular çəkilib, sakinlər mənzillərinə qaytarılıblar. Rayon fövqəladə hallar komissiyası tərəfindən əhaliyə dəymiş ziyan müəyyənləşdirilir. Dəymiş ziyan müəyyənləşdiriləndən sonra məlumatlar hökumətə təqdim ediləcək".(trend)

Qaynarinfo.Az