Bakı şəhərinin Binəqədi, Nərimanov və Xətai rayonlarında ayrı-ayrı ünvanlarda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.