Xəbər lenti

3 nəfərin öldüyü yanğından sonrakı görüntülər (VİDEO)
Video 22:40 22.11.2025

3 nəfərin öldüyü yanğından sonrakı görüntülər (VİDEO)

Ötən gün Yasamaldakı çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı sosial şəbəkələrdə yeni görüntülər yayılıb.

"Qafqazinfo” xəbər verir ki, kadrlarda yanğının baş verdiyi yer kimi göstərilən "Loft Dent” stomatoloji klinikasının yanğından sonrakı vəziyyəti əks olunub.

Görüntülərdə klinikanın bir neçə otağının yandığı, avadanlıqların isə istifadəyə yararsız hala düşdüyü görünür.

Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər həlak olmuş, 20-dən çox sakin isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.

Həmin görüntüləri təqdim edirik:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->