Xəbər lenti

3 piyadanı vuran şəxs icra başçısının müavinidir?
Ölkə07:56 12.05.2014

3 piyadanı vuran şəxs icra başçısının müavinidir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İddialara görə, Yavər Allahverdyev xidməti maşını özü idarə etsə də, günahı sürücüsünün boynuna atıb 

Xəbər verildiyi kimi, bu gecə Səbayel rayonu ərazisində minik maşını 3 piyadanı vurub. APA-nın məlumatına görə, hadisə Salyan şossesində baş verib. Yüksək sürətlə hərəkətdə olan 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə piyadalardan 1-i ölüb, 2-si isə Şəhər Kliki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, xəsarət alanlar Zəfər Xəlilov və Xalid Cəbrayılovdur. Yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

JAM.AZ-ın əldə etdiyi məlumatda sözügedən avtomobilin Səbayel rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin xidməti maşını olduğu bildirilir. Mənbə bildirir ki, gecə baş verən hadisə zamanı sükan arxasında elə icra başçısının müavini özü olub. Lakin bu işin məsuliyyətinin üzərində qalmaması üçün günahı sürücüsünün üzərinə atıb. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info