Xəbər lenti

3 qızı maşın vurdu - Zaqatalada
Ölkə10:30 19.07.2015

3 qızı maşın vurdu - Zaqatalada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaqatalada üç nəfəri maşın vurub. Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Muxax kəndində baş verib.
Rayonun Çobankol kənd sakini, 1994-cü il təvəllüdlü İlham Musa oğlu Kərimov idarə etdiyi “VAZ 21154” markalı, 62-BG-559 dövlət nömrə nişanlı avtomobillə Muxax kəndinin mərkəzi ilə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadalar - rayonun Muxax kənd sakini, 1999-cu il təvəllüdlü Həlimə Murtuz qızı Abakarova, Bakı şəhər Qaradağ rayon sakinləri, 1995-ci il təvəllüdlü Tünzalə Əsəd qızı Əsədova və 2001-ci il təvəllüdlü Məryəm Qəmbər qızı İbrahimovanı vurub.
Xəsarət alan hər üç şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, xəsarət alanlardan H. Abakarova travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir. T. Əsədova və M. İbrahimovanın xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
Qaynar.info