Xəbər lenti

3 tonluq heroin dövlət qurumlarını üz-üzə qoydu
Ölkə10:27 14.07.2014

3 tonluq heroin dövlət qurumlarını üz-üzə qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Sərhəd Xidməti sərhəddən 3 ton narkotik vasitənin keçirilməsindən xəbərsizdir

Dövlət  Sərhəd  Xidməti Gürcüstan ərazisilə Azərbaycandan Türkiyəyə gedən yük avtomobilində  2 790 kiloqram “maye heroin”in aşkar edilməsi ilə bağlı məlumatı təsdiq etmir.

DSX mətbuat xidmətinn rəhbəri  Elxan Nağıyev  Turan-a bildirib ki, “bizdə belə bir məlumat yoxdur”. “Eyni zamanda  Gürcüstan  hüquq- mühafizə orqanları  bizə  müraciət etməyiblər”, - o  məlumatı  inkar  edib.

Bununla bağlı  Milli Təhlükəsizlik Nazirliyinin  mövqeyini  öyrənmək istədikdə   İctimaiyyətlə Əlaqələr Mərkəzi Gömrük Komitəsinə  və Dövlət Sərhəd Xidmətinə zəng etməyi məsləhət görüblər.

Daxili İşlər Nazirliyi,  Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi  də bir-birinə “ötür-ötür əməliyyatı” edərək  şərh vermək istəməyiblər.

Qeyd edək ki, iyulun11-də Gürcüstan DİN mətbuat mərkəzi  bildirib ki, Azərbaycandan Gürcüstana gedən yük avtomobilində içərisində heroin olan 93 ədəd 30 kiloqramlıq çəllək aşkarlanıb. İki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

“Bu həcmdə narkotik vasitənin götürülməsi  Gürcüstan üçün görünməmiş hadisədir. Ekspert-kriminal xidmətin məlumatına görə, narkotik maddə 80% təmiz heroindən ibarətdir, bazar qiyməti yüz milyonlarla dollardır”, - DİN qeyd edib. (contact.az)