Xəbər lenti

3 uşaq anası olan arvadına 11 bıçaq zərbəsi vurdu - Bakıda şok olay
Ölkə07:19 11.11.2016

3 uşaq anası olan arvadına 11 bıçaq zərbəsi vurdu - Bakıda şok olay

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabunçu rayonunda ər 3 uşaq anası olan həyat yoldaşını bıçaqlayıb.

Anar Əhmədov ondan küsüb ata evinə qayıdan həyat yoldaşı 28 yaşlı Gülnarə Əhmədovaya 11 bıçaq zərbəsi vurub.

Hadisə Gülnarənin ata evində, uşaqlarının gözü qarşısında baş verib. G.Əhmədova bel, qarın və boğaz nahiyələrindən bıçaq xəsarətləri alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır.

Cinayət əməlini törədən A.Əhmədov Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinə (PB) gedərək könüllü təslim olub. İlkin araşdırma zamanı A.Əhmədovun hadisəni sərxoş vəziyyətdə törətdiyi məlum olub. 

O, ilkin ifadəsində bildirib ki, arvadını başqasına sms yazdığı üçün bıçaqlayıb. (repot)

Qaynarinfo.Az