Xəbər lenti

3 yaşı var, Eynşteyndən ağıllıdır (FOTOLAR)
Ölkə17:17 11.02.2013

3 yaşı var, Eynşteyndən ağıllıdır (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən intellektual insanlarının birliyi “Mensa”-ya 162 İQ-lə daxil olan Elis Amos Albert Eynşteyn və Stiven Houkinq kimi dahilərdən daha ağıllıdır.

Qaynar.info-nun türk mətbuatına istinadən verdiyi xəbərə görə, Eynşteyn və Houkins “Mensa”-nın testlərində 160 xal yığıb.

Ana dilləri rus dili olan Vitali və Tatyana Amosun 3 yaşlı qızları Elis İQ testini ikinci dili olan ingilis dilində verib. Elis cəmi 6 ay əvvəl danışmağa başlayıb. Atasının dediyinə görə Elis danışmağa başlayandan sonra dahiyə çevrilib. Elis ailəsi ilə birlikdə İngiltərədə yaşayır, o sənədli filmlər izləməyi sevir və öz yaşıdlarını “uşaq” adlandırır.

Həkimlər Elisin həqiqətən də dahi olduğunu, ancaq gələcəkdə psixi problemlər yaşamaması üçün psixoloji kömək almağının vacib olduğunu deyir.

Qaynar.info