
3 yaşlı məsum Aynur Qəhrəmanovanın xeyirxah insanların yardımına ehtiyacı var.
Qaynar.info xəbər verir ki, dünyaya gələrkən başından travma alan balaca qızcığaz, imkansızlıq üzündən vaxtında müalicə edilməyib. Nəticədə başının arxasında və qulağının dibindən vəzlər əməl gəlməyə başlayıb. Azərbaycanlı həkimlər körpənin əməliyyat olunmasını bildirsələr də, İran həkimləri müalicə ilə problemin aradan qaldıracaqlarına söz veriblər. Lakin Aynurun anası Vüsalə Qəhrəmanovanın Fibroz xəstəliyindən əziyyət çəkməsi ailənin durumunu daha da pisləşdirib.
Hazırda balaca Aynurun və onun anası Vüsalə Qəhrəmanova xeyirxah insanların köməyinə ehtiyacı var.
Vüsalə Qurbanova bildirib ki, keçmiş həyat yoldaşı tərəfindən aylıq verilən 50 manatlıq alimentdən başqa gəlirləri yoxdur: “Hazırda özümün əməliyyat olunmağıma və övladımın ciddi şəkildə müalicəyə ehtiyac var. Ailəmizə atam baxır və onun da maddi vəziyyəti aşağıdır. Xeyirxah insanlardan xahiş edirəm ki, övladıma və mənə yardım etsinlər”.
Bundan başqa onuda qeyd edək ki, Vüsalə Qəhrəmanova övladlarının başı üzərində sağlam durması, onları böyüdüb başa çatdırması üçün müalicə xərci 18000 manat-analizlərin xərci isə 68 manat təşkil edir. Artıq bu məbləğin 400 manatının toplandığı deyilir.
Yardım etmək istəyənlər bu telefona zəng edə bilərlər:
Mob: 070 6146105



