Xəbər lenti

3 yaşlı qız quyuya düşərək öldü
Ölkə16:07 20.05.2014

3 yaşlı qız quyuya düşərək öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qəbələdə 3 yaşlı uşaq faciəli şəkildə ölüb.

Qaynar.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Qəbələ rayonu, Bum qəsəbəsində 2011-ci il təvəllüdlü Gülarə Aqil qızı Şəfiyeva yaşadıqları evin qarşısında qazılmış quyuya düşüb. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 

Şimal-qərb Regional Mərkəzinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həmin quyuya enərək G. Şəfiyevanın cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Qaynar.info