Türkiyənin Hacettepe Universitetinin tibb fakültəsinə məxsus klinikada müalicə alan 3 yaşlı azərbaycanlı uşağa xərçəng diaqnozu qoyulub. Virtualaz.org saytı haberazərbaycan.com-a istindən xəbər verir ki, Uşaq Sağlığı və Xəstəlikləri Elm Sahəsində çalışan doktor Özlem Çimen 3 yaşlı Xədicəyə limfa xərçəngi diaqnozu qoyub.
Xədicənin atası Məcid Cəfərov bildirib ki, uşağın sinəsində 19 sm-lik kütlə yaranıb, lakin ailənin maddi durumu pis olduğundan müalicəni davam etdirmək mümkün deyil. Ailənin universitet klinikasına 15 min dollar borcu yaranıb.
Atası Xədicənin sinəsindəki kütlənin hər gün böyüdüyünü, buna görə də uşağın ürəyində problemlər yarandığını, nəfəs almaqda çətinlik çəkdiyini deyib.
Valideynlər uşağın müalicəsinin davam etdirilməsi üçün yardım istəyir. Ailə klinikaya olan borcunu ödəməzsə, uşağın müalicəsini davam etdirmək mümkün olmayacaq.
Qaynar.info