Xəbər lenti

30 840 qaçaqmal aşkarlandı - Gömrükdə əməliyyat
Ölkə08:40 29.04.2016

30 840 qaçaqmal aşkarlandı - Gömrükdə əməliyyat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları dörd fakt üzrə külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdlərin qarşısını alıblar.

Qaynarinfo.az-ın Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, ayrı-ayrı vaxtlarda Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” və “Xanoba” gömrük postlarının nəzarət zonalarına daxil olan nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilmiş cəmi 30 840 ədəd “NZ Gold Compact” və “Belomorkanal” markalı siqaretlər aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Qaynarinfo.az