Elkin Xəlilov30 Aprel. 5-6 il bundan əvvəl bu tarixazərbaycanlılar üçün adi günlərdən biri idi. Sadəcə kimlərsə həmin gündoğum günlərini qeyd edir, bəziləri evlənir, nişanlanır, kimlərsə də...Bəli, 30 Aprel adi bir gün idi, ta 2009-cu ilə qədər...
Həminilin 30 apreli adilikdən çıxıb tarixi bir gün oldu. Bakının mərkəzindəsilahlı biriAzərbaycan Dövlət Neft Akademiyasına girib 12 gəncinhəyatına son qoyub, onlarla insanı yaralayaraq tarixi dəyişdirdi...
Mənisəhv başa düşməyin, o qanlı gün haqqında geniş məlumat vermək fikrindədeyiləm. Sadəcə bəzi şeyləri xatırlatmaq istəyirəm. O hadisə başverdikdən sonra minlərlə gənc ADNA-nın qarşısına toplaşdı. Bəziləri şamyandırdı, bəziləri gül qoydu, bəziləri divarları yazdı, hamı birlikdəterroru lənətlədi. Həmin il Bakıda olmadığımdan hadisələri internetvasitəsiylə izləyirdim. Çox yaxşı yadımdadı, o gülləri və şamları eləhəmən axşam yığışdırdılar. Divarlara yazılan xatirə yazılarının üstünəəhəng çəkdilər.
ADNA-da baş vermiş faciənin1-ci ildönümündə artıq tələbə idim. Terror qurbanlarının xatirəsinianmaq üçün təşkil olunan aksiyaya getmişdim. Bu həm də qatıldığım ilkaksiya idi. Yenə minlərlə tələbənin bu tədbirə qatılacağını düşünürdüm.28 May metrosunun qarşısında oturub aksiyanın başlayacağı vaxtıgözləyirdim. Birdən ADNA-da oxuyan bir tanışımla qarşılaşdım. Mənim niyəburda olduğumu soruşdu, səbəbini biləndə dedi ki, "Heç universitetin öztələbələri qoşulmurlar, sənin nə işin var, get dərsinə. Onsuzda olanolub, keçən keçib. Aksiyaya çıxmağın heç bir mənası yoxdu"...
Təbiiki, mən evə getmədim, aksiyaya qatıldım və 5-10 dəqiqə keçməmiş bizihəbs etdilər. 5-6 saat polis bölməsində saxlayandan sonra şifahixəbərdarlıq eləyib bizi sərbəst buraxdılar.
Faciənin2-ci il dönümündə də universitetin qarşısında toplaşdıq. Bu dəfə keçənilkindən fərqli olaraq heç bir insident baş vermədi, bir az polislərləmübahisə edəndən sonra onların nəzarəti altında gülləri və şamlarıhadisə baş vermiş 2-ci korpusun qarşısna qoyduq. Ətrafda bir əlicibində, digər əlində isə siqaret tutan cavan oğlanlar vardı və onlarbizə baxıb gülürdülər. Hətta biri uca səslə dedi ki, bunlar guya bizdənağıllıdılar da! Dönər yeyən digər bir gənc isə “Gedək, brat, qızlar bizigözləyir, geciksək yaxşı olmaz” deyib irişdi...
Faciənin3-cü il dönümü isə tam fərqli oldu. Bu dəfə polislər qətiyyətləbildirdilər ki, hadisənin baş verdiyi korpusa yaxınlaşmağa imkanverməyəcəklər. Səbəbini soruşanda söyüşə keçib üstümüzə tökülüşdülər.Biz ətrafa səpələnməli olduq, amma "Terrora yox!", "Gül bayramına yox!"şüarlarını səsləndirə bildik. Təxminən 15 dəqiqəyə yaxın şəhərinmərkəzində bu şüarları deyə-deyə qaçmağa başladıq. Ara bir azsakitləşəndən sonra bir neçəmiz qayıdıb ADNA-nın qarşısına gəldik.Sakitcə gül qoyub uzaqlaşmaq istəyirdik. Bu dəfə universitetdə işləyənbir müəllim bizə “rədd olub gedin!” dedi. Soruşduq niyə, cavab vermədi,əvəzindəADNA-nın qapısında dayanmış bir gənc dilləndi, söhbətiuzatmayın, güllərinizi də götürüb burdan uzaqlaşın dedi.
Odəhşətli faciəni ötən gün də anmaq istədik. ADNA-nın qarşısında anımyürüşü keçirmək üçün "Nizami" kinoteatrının qarşısına toplaşmışdıq. Budəfə də polislər bizi ora qoymadılar-səbəbsiz-filansız. Biz də bunacavab olaraq “Sahil” bağı tərəfdən bulvara qədər "Terrora yox!" deyəyürüş etdik. Əlimizdəki gülləri də az sonra orda keçiriləcək konsertinplakatının önünə qoyduq. Bir də bir dəqiqəlik sükutla terrorqurbanlarının xatirəsini yad edib dağlışdıq…
Bütün4 ilin mənzərəsini yazmaqda bir məqsədim var – oda heç nəyləmaraqlanmayan, sürü halında gəzən gəncliyi qınamaq. Bu gün biz əlimizdəgül bulvar boyunca getdikcə ordakı gənclər yenə öz amplualarında idilər.Kimisi meyxanaya qulaq asır, kimisi yanından keçən qızlara söz atır,kimisi də ətrafda baş verənləri heç görmürmüş kimi başını aşağı salıbgedirdi...
30 Aprel öncəsi sosial şəbəkələrdəən çox müzakirə olunan məsələ məhz həmin gün Dənizkənarı parkdakonsertin təşkil edilməsi və dünyaca məhşur futbol klubu "AtletikoMadridi" Bakıya gətirməsi idi. Bəli, bu ölkədə 30 Aprel faciəsini çoxdanunudublar və bizə də unutdurmaq istəyirlər. Bunun üçün əllərindəngələni edirlər. Amma bu heç birimizə haqq vermir ki, başımızı aşağısalıb yaşayaq.
Ən azı hakimiyyətin təşkiletdiyi futbola, konsertə getməməklə ona etiraz edə bilərik. Kimsə gəlibbizi evimizdən məcbur aparmayacaq ki? Ya da süni adamlar düzəldibstadiona, bulvara doldurmayacaqlar ki? Sadəcə öz evimizdə otura-oturabiz bu hakimiyyətə etiraz edə bilərdik. Amma təəssüf ki, bu gün mənbulvarda konsertin başlamasını gözləyən minlərlə gənc gördüm.
Kim bilir, bəlkə də, həmin bu konsertə və futbola gedəcək gənclərin çoxu elə ADNA-nın tələbələri olacaq...