Xəbər lenti

30 şagirdin müəllimi boykot etməsi nə qədər ciddi qəbul edilə bilər? - Ekspert
Ölkə11:15 04.02.2022

30 şagirdin müəllimi boykot etməsi nə qədər ciddi qəbul edilə bilər? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"30 şagirddən altı-yeddisi bunu etsəydi, bu o qədər də ciddi qəbul edilməyə bilərdi. Amma bir sinifdə 30 şagird belə iddiadadırsa, artıq onlar haqlıdır. Belə olan halda, normativ hüquqi aktlara görə, mütləq şəkildə müəllim sinifdən xaric edilməlidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Sumqayıtdakı Təfəkkür liseyində 3C sinfinin 33 şagirdinin dəsr deyən müəllimə Səbinə Şahbazovaya etiraz edərək, dərsləri boykot etmələrinə münasibət bildirərkən deyib:
"Orta məktəblərin təşkilini müəyyənləşdirən normativ hüquqi aktlar var. 2011-ci ildə qəbul edilən orta ümumtəhsil müəssisələrinin nümunəvi nizamnaməsi və 2020-ci ildə qəbul edilən ümumtəhsil haqqında qanunda bu məqamlar öz əksini tapıb. Burada hər kəsin təhsil almaq hüququ tanınıb. Təhsil alanın keyfiyyətli təhsil almaq hüququ var”.
Həmsöhbətimiz bildirir ki, Sumqayıt məktəbində olan hal bir-iki faktla bağlı olsaydı, bu o qədər də ciddi qəbul olunmaya bilərdi:
"Məsələn, müəllimlə şəxsi münasibətlər zəmində belə problemlər ola bilər. Amma kütləvi haldırsa, yəni sinifdəki 30 şagird şəxsi keyfiyyətlər və bilik, bacarığının qane etmədiyini əsas gətirməklə dərs deyən müəllimin dəyişdirilməsini istəyirsə, əsaslandırmaqla ərizə ilə müraciət edirlərsə, bu halda məktəb rəhbərliyi həmin müəllimi o sinifdən xaric etməlidir. Müəllimin bundan sonra əmək fəaliyyətini orada davam etdirib-etdirə bilməyəcəyi pedoqoji şurada müzakirə olunur. Əsaslandırılmış fakt olmalıdır ki, müəllimin şəxsi keyfiyyətləri dəsr deməyə uyğun deyil, tədrisi düzgün təşkil edə bilmir, şagirdlərə qarşı fiziki, psixoloji və digər təzyiqlər göstərir. Bu təsdiqlənərsə, həmin müəllim sinifdən xaric edilir və onun yerinə başqa bir müəllim təyin edilir”.
Başqa məktəblərdə kimlərinsə həmin presedentdən sui-istifadə etmələrinə gəldikdə, ekspert qeyd edir ki, anoloji hal ümumi şagirdlərin üçdə biri həddindədirsə, bu, təhlükəli deyil.
Rüfət Sultan