30 yaşlı Nəzrin Mansurovanın ölümünün əsas səbəbi nədir? (VİDEO)
Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurovanın ölümü ilə bağlı bəzi detallar məlum olub.
Qaynarinfo İTV-yə istinadən xəbər verir ki, ailəsinin iddiasına görə, Nəzrin əməliyyatdan sonra beyin sümüyündə yaranan çatdan ölüb:
"Əgər o çat əvvəllər olsaydı, Nəzrin çoxdan vəfat edərdi. O çat ancaq əməliyyat zamanı əmələ gələ bilər. Əlimizdə İsrailin təsdiqlədiyi rəsmi, möhürlü sənədimiz var. Orada alın sümüyündə çatın olması və qırıntıların oraya dolması açıq-aşkar qeyd olunub", - deyə mərhumun həyat yoldaşı Fərid Mansurlu bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər