Xəbər lenti

Koronavirusdan ölən 9-cu sinif şagirdi ilə bağlı açıqlama: “Sağlam idi, başqa xəstəliyi yox idi...” (YENİLƏNİB)
Ölkə07:48 13.10.2021

Koronavirusdan ölən 9-cu sinif şagirdi ilə bağlı açıqlama: “Sağlam idi, başqa xəstəliyi yox idi...” (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində koronavirusa yoluxmuş 9-cu sinif şagirdi xəstəxanada vəfat edib.
Belə ki, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.
Məktəbli oktyabrın 11-də, Bakıdakı klinikaların birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib.
Qaynarinfo xəbər verir ki, sözügedən təhsil müəssisəsindən Sfera.az-a verilən məlumata görə, şagirddə yanaşı xəstəlik olmayıb:
"Kamil Əsgərovun valideyinləri də bildirir ki, onda başqa xəstəlik olmayıb. Digərləri kimi o da sağlam, normal uşaq idi. Xəstələndikdən sonra vəziyyəti ağırlaşıb və dünyasını dəyişib. Hələ ki, məktəbdə distant təhsilə yalnız onun oxuduğu sinif keçib. Digər siniflər ənənəvi qaydada tədrisi davam etdirir”.
10:24
Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.
Qaynarinfo APA-ya istinadla xəbər verir ki, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.
Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.
Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən. K. Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K. Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.
Məktəbdən APA-ya verilən açıqlamada K. Əsgərovun vəfat etməsi xəbəri təsdiqlənib.
Bildirilib ki, K. Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib: "Oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib”.