Xəbər lenti

34 həkim imtahandan keçə bilmədi
Ölkə10:07 03.10.2016

34 həkim imtahandan keçə bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhiyyə Nazirliyinin 27-28 sentyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.

Qaynarinfo.Az-ın xəbərinə görə, imtahanlarda ümumilikdə 232 həkim iştirak edib, onlardan 34-ü imtahandan keçə bilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.

Qaynarinfo.Az