"Səs" qəzeti fəaliyyətini dayandırır.
Qaynarinfo xəbər verir ki, bu barədə qəzetin baş redaktoru Bəhruz Quliyev paylaşım edib.
Qeyd edək ki, "Səs" qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir. Mətbu orqan hazırda Səs Media Qrupa daxildir.