Xəbər lenti

35 məntəqə seçki komissiyası buraxıldı
Ölkə08:44 16.09.2024

35 məntəqə seçki komissiyası buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılması təklif olunub.
Bu təkliflə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında çıxış edib.
Onun sözlərinə görə, bəzi məntəqələr üzrə səsvermənin nəticələri ilə bağlı şübhələr yaranıb: "Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.
R.Qasımovun təklifi MSK üzvləri tərəfindən səsverməyə qoyularaq qəbul edilib.//Report.az