Xəbər lenti

35 yaşlı kişi 16-cı mərtəbədən yıxılaraq öldü - Bakıda
Ölkə06:43 16.12.2016

35 yaşlı kişi 16-cı mərtəbədən yıxılaraq öldü - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasından yıxılaraq ölüb.

Qaynarinfo.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində eyvanın damına düşərək vəfat etməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq cəsədi eyvanın damından aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər. 

Bakının Nərimanov rayonunda çoxmərtəbəli binada yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Dəmirçizadə küçəsi 7 A ünvanında çoxmərtəbəli binanın 16-cı mərtəbəsində yaşayan 35 yaşlı Orxan Valeh oğlu Həsənov eyvandan yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. O. Həsənov siqaret çəkmək üçün eyvana çıxıb və bu zaman huşunu itirərək yıxılıb.

Faktla bağlı araşdırma aparılır. 

Qaynarinfo.Az