Xəbər lenti

Video 20:53 07.10.2025

"36 min ödədim, anamı öldürüb mənə verdilər" - Vəfat edən qadının qızı klinikada fəryad etdi

[code][/code]Səhhətində yaranan problem səbəbindən həkimə müraciət edən qadın dünyasını dəyişib.

Hadisə Respublika Diaqnostika Mərkəzində baş verib.

Mərhumun qızı Lamiyə Quliyeva bildirib ki, anası Ziyafət Səfiyevanın başında xoşxassəli şiş aşkarlanıb və o, xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Lakin əməliyyatdan sonra qadın həyatını itirib. Lamiyə Quliyeva anasının ölümündə həkimləri günahlandırır.

"Bizə Tural Rəhimli tərəfindən deyildi ki, bu, çox sadə bir əməliyyatdır, qorxulu heç nə yoxdur. Lakin əməliyyatdan bir gün sonra anamda kəskin beyin qanaması baş verdi. Belə vəziyyətdə biz 3 saat həkimi gözlədik, amma o, xəstəxanaya gəlmədi. Anam həmin müddət ərzində təcrübəsiz rezidentlərin və naşı tibb bacılarının nəzarətində qaldı. Yalnız anamın ağzından köpük gəldikdən sonra Tural Rəhimli xəstəxanaya gəlib və əməliyyata başlayıblar. Ondan anamın bu vəziyyətə düşmə səbəbini soruşanda isə "bilmirəm" dedi. Mənim anamın günahı nə idi? 36 min manat verdim, amma anamı öldürüb mənə verdilər", - deyə Lamiyə Quliyeva bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->