Xəbər lenti

36 “nurçu” polis saxlanıldı
Ölkə10:00 05.08.2014

36 “nurçu” polis saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin 14 vilayətində Gülən camaatına qarşı aparılan əməliyyatlar çərçivəsində 36 polis əməkdaşı saxlanılıb.
 
APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, Əmniyyətin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Şöbəsinin əməkdaşları İstanbul da daxil olmaqla, 14 vilayətin hüquq-mühafizə orqanlarında əməliyyat həyata keçiriblər və “paralel dövlət” iddialarında adı keçən şəxslər nəzarətə alınıb.
 
Əməliyyatlar İstanbul, Ankara, Van, Mardin, Hakkari, Batman, Diyarbəkir, Şırnak, Bitlis, Bingöl, İğdır, Ağrı, Şanlıurfa və Kahramanmaraş vilayətlərində aparılıb. Saxlanılan şəxsləri İstanbula aparılacağı qeyd olunub.

Qaynar.info