XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

363 min manata ev aldı, əvvəlki sahibinə görə həbs qoyuldu (VİDEO)
Ölkə10:35 30.08.2026

363 min manata ev aldı, əvvəlki sahibinə görə həbs qoyuldu (VİDEO)

363 min manat ödəyib çıxarışıla aldığı mənzil indi sahibinə ciddi problem yaşadır.

Şahsuvar Əhədov deyir ki, 2024-cü ildə Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən çoxmərtəbəli binadakı mənzili Gündüz Gözəlovdan alıb.

Alqı-satqı rəsmi qaydada həyata keçirilib, pul ödənilib və mənzil vətəndaşın adına rəsmiləşdirilib. Şahsuvar Əhədov deyir ki, mənzili alarkən üzərində hər hansı borc, ipoteka və yaxud da girov olmayıb.

Şahsuvar Əhədov mənzilin keçmiş sahibinə müraciət etdikdə isə onun borcunun olduğunu öyrənib və iddiasına görə, Gündüz Gözəlov borcu icra şöbəsinin iştirakı ilə ödədiyini bildirib. Hətta ödənişin tam icra edilməsi ilə bağlı arayış da Şahsuvara təqdim edilib.

Hazırda Şahsuvar Əhədov mənzilinin üzərindəki həbsin götürülməsini və mülkiyyət hüququnun tam təmin olunmasını tələb edir. Məsələ ilə bağlı Xətai Rayon Məhkəməsinin mövqeyini öyrənməyə çalışdıq.

Məhkəmədən ''Xəzər Xəbər''ə bildiriblər ki, rəsmi məktubla müraciət edin, məsələ araşdırılıb sizə rəsmi qaydada cavab veriləcək.