Xəbər lenti

38 min manat borca görə maşınlarına həbs qoyuldu (FOTO)
Ölkə16:53 16.02.2026

38 min manat borca görə maşınlarına həbs qoyuldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda sahibinin ad və soyadının baş həriflərinə uyğun dövlət qeydiyyat nişanları olan avtomobillərə həbs qoyulub.
Qaynarinfo-nun məlumatına görə, Nuriyev Tural Vasif oğluna məxsus avtomobillərə həbs qoyulması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edilib.
Məhkəmə qərarı ilə Tural Nuriyevin 77-TN-111 nömrəli "Range Rover”, "TN” seriyalı "Opel Astra” və "EY” seriyalı "Opel Combo-C” markalı avtomobillərinə həbs qoyulub.
Məlumata görə, Tural Nuriyevin Nuriyev Vasif Bayram oğluna 38 000 manat borcu olub. Ehtimal edilir ki, tələbkar Vasif Nuriyev borclu Tural Nuriyevin atasıdır.
Aydın