Xəbər lenti

38 Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsi vahid mərkəzdə birləşdirildi
Ölkə15:10 23.08.2024

38 Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsi vahid mərkəzdə birləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tibb müəssisələrinin tərkibindəki 38 Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinin vahid mərkəzdə birləşdirilməsi prosesi başa çatıb.
"Report” xəbər verir ki, bunu qurumun İcraçı direktorunun müşaviri Elşad Məmmədli TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən müşavirədə deyib.
O, bildirib ki, hazırda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində restrukturlaşdırma işləri həyata keçirilir:
"Artıq tibb müəssisələrinin tərkibindəki 38 Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinin vahid mərkəzdə birləşdirilməsi və təhvil-təslim prosesi başa çatıb”.
Xatırladaq ki, "təcili yardımlar"ın bir mərkəzdə birləşməsi ilə bağlı ilk məlumatı Qaynarinfo.az saytı 23.05.2024-cü ildə vermişdi.