Xəbər lenti

4 800 "Marlboro"nu Azərbaycana buraxmadılar
Ölkə13:08 17.03.2016

4 800 "Marlboro"nu Azərbaycana buraxmadılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
Qaynar.info bildirir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, idarənin "Samur" gömrük postunda 3 fakt üzrə minik avtomobillərinin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilməklə gətirilən  27 400 ədəd "NZ Gold Compact", 3 800 ədəd  "Marlboro Touch" və 1000 ədəd  "Marlboro Micro" markalı olmaqla cəmi 32 200 ədəd siqaret aşkar olunaraq götürülüb.        
 Faktlarla bağlı təhqiqat aparılır.
Qaynar.info