Biz böyüklər hətta onların gördüklərini görə, hiss etdiklərini hiss edə bilmirik.
Bəzən düşünürük, axı uşaqlar nə istəyir?
"Uşaqlığın 40-cı qapısı” layihəsində o suallara cavab tapmağa, bir uşağın dünyasına girməyə və oradan dünyamıza baxmağa çalışacağıq.
Budəfəki müsahibim Salyan rayonu 1 saylı məktəbin şagirdi Niyam Əliyevdir. Niyam 4-cü sinfə keçir. "Dərslərimi yaxşı oxuyuram” deyən Niyam yay tətilinin tez bitməyini, məktəblərin tez açılmağını istəyir. "Məktəb bilik öyrəndiyimiz yerdir, həm də dostlarım üçün çox darıxmışam”, - deyir.
Hətta "tam azad olduğun bir gün nə etmək istəyərdin” sualına da "yerimdə uzanıb kitab oxuyardım” deyir, bu ağıllı uşaq.
Onun ən böyük arzularından biri də idmana getməkdir.
Niyam həm də mərhəmətlidir, "insanlar çətinliyə düşəndə onlara kömək etməliyik” deyir.
O, heyvanları çox sevir, "onlara qayğı göstərməliyik” deyir.
Bu balaca qəhrəmanım böyük ürəyə sahibdir, dalaşdığı dostlarından üzr də istəyir. Deyir ki, insanın səhvi olanda üzr istəməlidir.
Deyir ki, "biz anamla bir-birimizi qucaqlayanda sevgi hiss edirik, xoşbəxt oluruq. Anam məni sevəndə "eşqim”, "bir dənəm”, "mənim ürəyim” deyir.