Xəbər lenti

4-cü sinifdən sonra təhsilsiz qalan uşaqlar - Onların aqibəti necə olacaq?
Ölkə11:35 04.10.2016

4-cü sinifdən sonra təhsilsiz qalan uşaqlar - Onların aqibəti necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda Azərbaycanda yalnız 4-cü sinfə qədər təhsil verən məktəblər var. Bu tipli məktəblər əsasən rayonlarda və ucqar kəndlərdə fəaliyyət göstərir. Belə məktəblərdə təhsil alan şagirdlər müəyyən çətinliklər üzündən orta təhsili davam etdirə bilmirlər. Natamam orta təhsilli gənclərin yetişməsi isə heç də ürəkaçan mənzərə deyil.

Məsələ ilə bağlı Qaynarinfo.az-a açıqlama verən Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, bu tipli məktəblər əsasən uşaqların sayı az olan yerlərdədi. Belə məktəblərdə 8-10 uşaq təhsil alır. Bəzi kəndlərdə 30 nəfər adam yaşayır. Məktəbə gedəsi 5-6 uşaq olur. Buna görə də orda 11 illik məktəblər fəaliyyət göstərmir. Bu tipli məktəblər barədə hər hansı bir tədbirlər planı nəzərdə tutulmayıb. İbtidai sinfi burda bitirən uşaqlar təhsillərini yaxın ərazilərdəki 11 illik məktəblərdə davam etdirə bilərlər.

Məlumat üçün qeyd edək ki, belə məktəblərdən biri də Qusarın Ləzə kəndində fəaliyyət göstərir. Bu kəndin kiçik yaşlı sakinlərinin əksəriyyəti isə ibtidai sinfi bitirdikdən sonra təhsillərini davam etdirmirlər.

Qafqaz Rafiqoğlu

Qaynarinfo.z