Xəbər lenti

4 nəfər 19 yaşlı qızı qaçırdı - Bərdədə
Ölkə13:30 13.04.2015

4 nəfər 19 yaşlı qızı qaçırdı - Bərdədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bərdə rayonunun Bəcirəvan kənd sakini Fəxrəddin Qarayev qızının oğurlanması barədə pois şöbəsinə şikayət ərzəsi ilə müraciət edib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, şikayət daxil olduqdan sonra əməliyyatçılar araşdırmaya başlayıb. 
Araşdırmalar zamanı məlum olub ki, kənd sakini 19 yaşlı Aysel Baratlı öz həmkəndliləri 41 yaşlı Seyfəddin Quliyev, Elnur Süleymanov, Amil və Zamiq Əliyevlər tərəfindən kənddəki gözəllik salonundan çıxarkən qaçırılıb. Onlar qızı zorla avtomobilə mindirilib. Həmin şəxslər qızı Sabirabad rayonuna aparıblar.
İşi araşdıran müstəntiq Çingiz Paşayev anspress-in bölgə müxbirinə verdiyi məlumata görə, qızı ailə qurmaq məqsədilə qaçırıblar: “Ailə qurmaq məqsədiylə qaçırıblar. Amma zor tətbiq etməklə, yəni zərəçəkmişin iradəsinə zidd olaraq, onun razılığı olmadan qabaqcadan qrup təşkil edərək onu qaçırıblar”.
Qaçırılan Aysel artıq ailəsinə təhvil verilib. Evlənmək üçün bu addımı atdığını deyən Amil Əliyev isə indi törədiyi hadisədən peşmandı: “Bir səhvdi etmişəm də... Çox peşmanam”.
Qeyd edək ki, adam oğurluğunda təqsirləndirilən Amil Əliyevi 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Polis hazırda hadisədə digər şəxslərin iştirakının olub olmadığını araşdırır.





Qaynar.info