Şamaxı rayonu ərazisində bədbəxt hadisə baş verib. “Kanal S” məlumat verir ki, hadisə zamanı fəhlələrdən birinin ehtiyatsızlığı nəticəsində onu cərəyan vurub.
Bədbəxt hadisə Şamaxının Çarhan kəndində qeydə alınıb. Hadisə kənd sakinləri hər gün olduğu kimi üzum sahəsində işlərini
başa vurub evlərinə qayıdarkən baş verib.
Məlumatlara görə, sığınacaq üçün yaxınlıqda bir yer tapan fəhlələrdən biri ətrafdakı açıq naqilləri görməyib. Kənd sakini
üstünün yaş olduğu halda açıq naqillərin yanından keçərkən onu cərəyan vurub. Hadisə zamanı yaxınlıqda olan şəxslər
xəsarət alan şəxsə müdaxilə etsələr də, onun həyatını xilas etmək olmayıb.
Nəzərinizə çatdıraq ki, dünyasını dəyişən şəxs 4 uşaq anası olub. Mərhum xanımın həyat yoldaşı Babayev Asimin
məlumatına görə, hadisə ehtiyatsızlıq ucbatından baş verib. Hadisənin dəqiq səbəbi hələlik bəlli deyil.
Faktla əlaqədar Şamaxı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.