Xəbər lenti

4 yaşlı körpənin ürəkdağlayan fotosu yayıldı
Ölkə09:31 18.02.2014

4 yaşlı körpənin ürəkdağlayan fotosu yayıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
4 yaşında sərhədi təkbaşına keçdi Müharibədən canını qurtarıb qaçan 4 yaşlı suriyalı əlində bir bağlama ilə çöllükdə təkbaşına gəzərkən tapılıb.

Qaynar.info interpress-ə istinadən xəbər verir ki,  onun adı Marvandır... 4 yaşı var. Ölkəsində müharibə getdiyi üçün evini tərk etmək məcburiyyətində qalan 1 milyon suriyalıdan yalnız biridir. Dünən dünya mətbuatında yayılan fotolardan insanı ən çox dəhşətə gətirən suriyalı körpənin fotosu olub. Əlində əşyalarını doldurduğu bağlaması ilə Liviya sərhədini aşan Marvan bölgədəki qaçqın şəhərciyində Birləşmiş Millətlər Təşkilatının nümayəndələri tərəfindən tapılıb. Könüllü yardım dəstəsinin səyi nəticəsində Marvan nəhayət ki, ailəsinə qovuşub.

Qaynar.info