Xəbər lenti

40 yaşlı qadın dumanlı havanın qurbanı oldu - Azərbaycanda
Ölkə09:25 26.03.2017

40 yaşlı qadın dumanlı havanın qurbanı oldu - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Lent.az xəbər verir ki, Masallı-Yardımlı yolunun 1-ci kilometrliyində "QazEL" markalı yük maşını yolu keçməyə çalışan 40 yaşlı qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.

Qəza dumanlı hava şəraitində baş verib və sürücü yolu keçən piyadanı gördükdə artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.Az