Xəbər lenti

41 yaşlı kişi Ağdamda özünü yandırdı - VİDEO
Ölkə14:56 20.07.2016

41 yaşlı kişi Ağdamda özünü yandırdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağdam rayon sakini, Baharlı - 2 qəsəbəsində məskunlaşan 1975-ci il təvəllüdlü Hümbət Saleh oğlu Əhmədov üzərinə benzin tökərək özünü yandırıb.
Qaynarinfo.Az Region TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Ətrafda olan şəxslər alovu söndürərək onu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəxanadan Hümbət Əhmədova ilkin yardım göstərildiyi bildirilib.
Yaxınları Hümbət Əhmədovun Ruhi-Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olduğunu deyiblər.
Qaynarinfo.Az