
Bakıda 42 yaşlı kişi intihar edib.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Nobel prospekti-12 ünvanında qeydə alınıb. 1970-ci il təvəllüdlü Sakit Eldar oğlu Məmmədov yarımçıq tikilidə özünü asıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.