Xəbər lenti

43 yaşlı azərbaycanlı şair vəfat etdi
Ölkə12:16 22.05.2016

43 yaşlı azərbaycanlı şair vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şair Anar Həbiboğlu 43 yaşında vəfat edib. Qaynarinfo.az APA-ya istinadən xəbər verir ki, mərhum bu gün doğulub boya-başa çatdığı Lənkəran rayonunun Kərgəlan kəndində dəfn olunub.
Qeyd edək ki, A. Həbiboğlu 1973-cü ildə anadan olub. Bədii yaradıcılığa yeniyetmə ikən həvəs göstərib. Şeirləri “Azərbaycan”, “Ulduz”, “Söz”, “Şəfəq”, “Məşəl” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə, bir çox almanaxlarda dərc olunub. İki şeir kitabı çapdan çıxıb. A. Həbiboğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Qaynarinfo.az