Xəbər lenti

43 yaşlı kişini sinəsindən bıçaqladırlar - Tovuzda
Ölkə15:53 12.12.2016

43 yaşlı kişini sinəsindən bıçaqladırlar - Tovuzda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuz rayonunda bıçaqlanan şəxs xəstəxanada vəfat edib.

Bu barədə APA-nın qərb bürosuna Tovuz Mərkəzi Rayon Xəstəxanasından bildirilib. Məlumata görə, həkimlərin səyinə baxmayaraq 1973-cü il təvəllüdlü Rüfət Əliyevi xilas ermək mümkün olmayıb.

Qeyd edək ki, bu gün Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Yanıqlı kənd sakini, 1973-cü il təvəllüdlü Rüfət Əliyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun bıçaqlandığı bildirilsə də, hadisəsinin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynarinfo.Az